“Coğrafi qloballaşma: İnformasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitab nəşr olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılovun “Coğrafi qloballaşma: İnformasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabı (“Optimist” MMC çap mərkəzi, 2022, səh.296) nəşr edilmişdir.
Kitabda müasir dövrün bir sıra aktual problemləri fəlsəfi, sosial-siyasi, ekoloji aspektdən təhlil olunur, o cümlədən, “coğrafi qloballaşma” anlayışı ilk dəfə olaraq elmi dövriyyəyə gətirilir və bu fonemlə bağlı olan proses bəşəriyyətin davamlı olaraq coğrafi mühitdə genişlənməsi kimi nəzərdən keçirilir.
Monoqrafiyada dünya xalqları və ölkələri arasında baş verən müharibələrin əksəriyyətinin ərazi iddiaları ilə bağlı olması, təbii ehtiyatların qeyri-səmərəli istifadə olunması, ekosistemlərin deqradasiyası, qlobal iqlim dəyişikliyi, informasiya coğrafi qloballaşmaya təsiri və bu kimi məsələlər multidissiplinar səviyyədə araşdırılır, qəsdən məhv edilmiş ekosistemlərin vəziyyəti biotik cəhətdən təhlil olunur. Coğrafi qloballaşmada informasiya təhlükəsizliyi, geoiqtisadi proseslərə milli maraqlara qarşı təhdidlər və dövlətlərarası münasibətlərin inkişafına yeni təsirlərin geosiyasi aspektləri araşdırılır.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 22 fevral 2022-ci il tarixli (1 saylı protokol) iclasının qərarı ilə çapa məsləhət görülən monoqrafiyanın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçiləri fəksəfə elmləri doktoru, professor Əli Abasov və Füzuli Qurbanovdur.
Monoqrafiya coğrafi qloballaşma, ekoloji problemlər, informasiya təhlükəsizliyi, geosiyasi problemlərə məşğul olan alim, tədqiqatçı, doktorant, magistr və tələbələr üçün nəzərdə tutulmuşdur.