“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” adlı toplu nəşr edilmişdir
Bu günlərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsində “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” (III kitab) (Bakı,"Bilgi" 2021) hazırlanmış və nəşr edilmişdir.
Topluda müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin siyasi irsinin müəyyən məqamları araşdırılır. Bu irsdəki milli kimlik, milli mənəvi dəyərlər, azərbaycançılıq ideologiyası, dövlət quruculuğunda tarixi və sosial yaddaş, dil və siyasət məsələləri, etik prinsiplər və dövlətçiliyimizi gücləndirən digər amillər müxtəlif istiqamətlərdən olan elmi mənbələrlə təlil olunaraq geniş oxucu dairəsinə təqdim edilir.
Kitabın elmi redaktoru AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə, redaktorları tarix elmləri doktoru Eynulla Mədətli və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, məsul katibi elmi işçi Telman Quliyevdir.
Toplu Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 2021-ci il 14 dekabr tarixli, 2 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüşdür.