Akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru adı verilib
Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomu təqdim olunub.
Philosophy.edu.az science.gov.az-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, AMEA-nın həqiqi və müxbir üzvləri, ADNSU-nun professor-müəllim heyəti və KİV nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində universitetin rektoru, professor Mustafa Babanlı çıxış edərək akademik Akif Əlizadənin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Görkəmli alimi ölkəmizdə elmi-texniki tərəqqinin və təhsilin hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan təşkilatçı, ensiklopedik təfəkkürə malik şəxsiyyət kimi səciyyələndirən rektor akademikin ADNSU-nun məzunu olmasından bu ali məktəbin bütün müəllim və tələbə heyətinin böyük fərəh hissi keçirdiyini bildirib. AMEA-nın prezidentinin daim doğma tədris ocağı ilə əlaqə saxladığını deyən M.Babanlı tələbələrə akademik Akif Əlizadə adına təqaüdün veriləcəyinin də nəzərdə tutulduğunu bildirib. O, ADNSU-da çalışan əməkdaşların, xüsusilə neftçi və geoloqların, eləcə də gənc alimlərin hər zaman görkəmli alimin qayğı və dəstəyini hiss etdiyini vurğulayıb.
Sonra çıxış edən Təhsil naziri Ceyhun Bayramov akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika sahələrinin inkişafında, həmçinin gənc kadrların formalaşmasında və alim kimi yetişməsində mühüm rolundan söz açıb. AMEA rəhbərinin respublikanın sabit inkişafını təmin edən neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqlarının kəşf olunmasındakı böyük xidmətlərindən danışan C.Bayramov onun keçdiyi şərəfli həyat yolunun hər bir tələbə və gənc alim üçün örnək olduğunu bildirib.
Tədbirdə ADNSU-nun professoru, akademik Pərviz Məmmədov, ADNSU-nun nəzdindəki Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Elmira Ramazanova çıxış edərək A.Əlizadənin elmə verdiyi töhfələrdən bəhs ediblər.
Daha sonra akademik Akif Əlizadə çıxış edərək müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən, layihələrdən söz açıb.
Sonda AMEA-nın prezidentinə ADNSU-nun fəxri professoru diplomu təqdim edilib.