Fəlsəfə İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib
![Fəlsəfə İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib Fəlsəfə İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib](/uploads/posts/2018-05/thumbs/1526469251_manova.jpg)
Konfransın işində Azərbaycanla yanaşı, Almaniya, İsveçrə, ABŞ, Fransa, Rusiya və digər ölkələrdən tədqiqatçı alimlər iştirak ediblər.
Konfransda AMEA Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin kiçik elmi işçisi Hafizə İmanova iştirak etmişdir. O, “Davamlı inkişaf, Xəzər dənizi regionunun təhlükə və riskləri” bölməsi üzrə “Davamlı inkişaf: Xəzər dənizində təbii və sosial-iqtisadi məsələlərin qarşılıqlı əlaqəsi” mövzusunda çıxış etmişdir.