Ədalətə Zəfərlə qovuşmaq modeli
Azərbaycan xalqı və onun lideri İlham Əliyev XOCALIDA ƏDALƏTİ özü bərpa etdi
1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın dəstəyilə Azərbaycanın Xocalı şəhərində yerli əhaliyə qarşı soyqırımı törədildi. Qanlı cinayət nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca daxil olmaqla 613 nəfər bir gecədə qətlə yetirildi. Geosiyasi maraqlara cavab verməyən ölkələrdə “ədalət” axtaran qlobal güc mərkəzlərinin və onların idarə etdikləri beynəlxalq təşkilatların “qulaqlarının eşitdiyi”, “gözlərinin gördüyü” bir coğrafiyada soyqırımının həyata keçirilməsi suallar doğurur.
Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı qeyd etdiyi fikirlər bu hadisənin siyasi, mənəvi, psixoloji tərəflərini tam ifadə edir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”.
Bu olaylar Azərbaycan cəmiyyətində mənəvi-psixoloji sarsıntılar yaşatdı. Cəmiyyətdə “Xocalıya ədalət” hər bir azərbaycanlının düşüncəsində kollektiv yaddaşın ən mühüm devizi kimi inkişaf etməyə başladı. Alman filosofu Kantın ümumbəşəri əxlaq qaydaları və prinsipləri ilə “ədalət”i ifadə etsək nə qlobal güclər, nə beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının qurbanları ilə bağlı 30 ildə onlara ehtiram və hörmət göstərən ciddi addımlar atılmadı. Xocalı soyqırımına xristian təəssübkeşliyi ilə geosiyasi maraqlar kontekstindən yanaşan, ədalətsiz mühakimə yürüdən və “xristian klubunu” təmsil edən beynəlxalq təşkilatların mövqeyi Azərbaycan cəmiyyətində kədər və ümidsizlik yaratdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılovun “Ədalətə Zəfərlə qovuşmaq modeli” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
“Xocalıya ədalət”lə bağlı beynəlxalq təşkilatlardan gözləntilərin Azərbaycan toplumunda kədər və ümidsizlik yaradan səbəblərinin bir neçə istiqamətdə qısa şərhini versək, o zaman aydın olur ki, bu hadisədən həm sağ qalanların, həm də faciə qurbanlarının yaxınlarının güclü emosional reaksiyalar doğuran xatirələrinin bütün cəmiyyətin kollektiv yaddaşında yaratdığı mənəvi sarsıntılar və psixoloji tramvaları 30 il müddətinə yalnız Azərbaycan dövləti və xalqı hiss etmişdi.
Digər tərəfdən Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı apardığı “yaddaş siyasəti” həm toplumdaxili kollektiv yaddaşın mühakiməsini gücləndirmək, həm də beynəlxalq səviyyədə “ədalət mühakiməsinə” nail olmaq məqsədi daşıyırdı. Lakin Ruanda, Holokost, Srebrenitsa və başqa soyqırımlarını tanıyan həm “Haaqa məhkəməsi”, həm “Beynəlxalq Ədalət Məhkəməsi”, həm də aidiyyəti olan digər beynəlxalq qurumların yanaşmasından görünür ki, mühakimə etdikləri soyqırımları xalqların mənsub olduğu dini, milli kimliyinə bağlayaraq sorğulama siyasəti ilə həyata keçirib. Çünki belə olmasaydı, Azərbaycan dövlətinin 30 il müddətində Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatların qarşısında davamlı olaraq qaldırdığı məsələlərə “biz” və “onlar” prinsipi ilə yanaşılmazdı.
Xocalı soyqırımı, ardınca ərazilərimizin işğal olunması, hər itirilən torpağın üzərində faciələr dolu insan itkilərinin müstəqillik qazanmış Azərbaycan toplumunun ictimai şüurunda yaratdığı emosional qəzəbi sakitləşdirmək üçün, baş vermiş olayların qəbullanması istiqamətində layihələr həyata keçirildi. Bir-birinin ardınca ərazi itkilərinə, Xocalı soyqırımı, daha neçə faciələrə şahidlik etmiş Azərbaycan toplumunda baş verən sarsıntıların yerini doldurmaq, bütün baş verən olayları unutdurmaq üçün Qərbin və Avropanın “demokratik imici”, “ədaləti” haqqında cəmiyyətimizin inamı üzərində illərlə “terapiya” apardılar.
Bəşəriyyət tarixi çoxsaylı faciələr və soyqırımlarına şahidlik edib. Lakin bu soyqırımlarının, faciələrin əksəriyyətinin “ədalət”, “demokratiya”, “sülh” çətiri altında fəaliyyət göstərən beynəlxalq təşkilatların fəaliyyətindən əvvəllər baş verdiyi hər kəsə məlumdur. Xocalı faciəsi ilə bağlı cinayətləri etiraf etmək, tarixin daha dəqiq və əhatəli başa düşülməsini vacib sayan beynəlxalq təşkilatların və qlobal dünya nizamında iştirak edən hər bir dövlətin əsas işi olmalı idi. Oxşar hadisələrin baş verməsinin qarşısının alınmasının vacibliyini vurğulayan mərkəzlərin marginal səslərini hər zaman eşitdik, lakin bu mərkəzlərin Xocalıya “ədalət” məsələsində 30 illik “sükut” dövrü yaşadılar. Beynəlxalq təşkilatların və qlobal güclərin “sükut” mərhələsini təhlil etdikdə aydın olur ki, Azərbaycan dövlətinin və xalqının Xocalı faciəsini illər keçdikcə unudulacağını ehtimal edən və bunun üçün bütün vasitələrlə təsir edən geosiyasi mərkəzlərin bu yanaşmaları özünü doğrultmadı.
Otuz ilə yaxın “Xocalıya ədalət” mübarizəsində Azərbaycan xalqı məruz qaldığı soyqırımı, faciəsi, ərazi itkisi ilə beynəlxalq təşkilatlar, qlobal güclər tərəfindən baş-başa buraxıldı.
Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk illərdə beynəlxalq aləmə: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” mesajı ilə “Xocalıya ədalət”i beynəlxalq səviyyədə gündəmə gətirən İlham Əliyevin qətiyyətli mövqeyi onu göstərir ki, bu istiqamətdə ardıcıl dövlət siyasəti mövcud olub. Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə o dövrün mövcud durumu ilə bağlı qeyd etdiyi fikirlərində ümid, qətiyyət və iradəni xüsusi məzmunda sezmək mümkündür. Məsələn, Prezident “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir... Biz hələ də ümidlərimizi itirmirik... Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” fikirlərini 2020-ci il 44 günlük Qarabağ müharibəsindən, 2023-cü il 23 saatlıq lokal antiterror tədbirlərindən çox-çox əvvəl söyləmişdi. Bu fikirlər onu göstərir ki, “Xocalıya ədalət”lə bağlı İlham Əliyev həm beynəlxalq təşkilatları, həm bu məsələdə maraqlı tərəf kimi çıxış etməyə çalışan qlobal gücləri yumşaq ifadə etsək, “Ədalət” imtahanı verməyə məhkum etmişdir. Verdikləri imtahanda götürdükləri öhdəlikləri minimum səviyyədə icra edə bilməyən beynəlxalq təşkilatlar və Güney Qafqazda sülhyaratma missiyasında iştirak edən qlobal güclər, 2020-ci ildə ədalətin Zəfər çalması uğrunda Ali Baş Komandanın 44 günlük müharibədə verdiyi imtahandan sonra meydandan geri çəkilmək məcburiyyətində qaldılar.
Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, münaqişənin həll olunması ilə bağlı yaradılmış xüsusi missiyadan umduqları “ədaləti” 44 günlük müharibədə verdiyi qərarları, diplomatiya meydanında özünəməxsus gedişlər etməsi ilə Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Lakin bu böyük Qələbə XX əsrin faciəsi sayılan Xocalı qurbanlarının doğmaları üçün təsəlli olsa da, Xocalıda şəhidlərin qanı hopmuş müqəddəs torpaqların üzərində “hərbi xunta” rejiminin fəaliyyəti ədalətin tam bərpasında ciddi əngəl olaraq qalırdı.
Böyük Qələbə sevincini Azərbaycan xalqı “içindən” keçirdiyi zaman müddəti sona yetməmiş, 2023–cü ilin 19-20 sentyabrında cəmi 23 saatlıq antiterror tədbirləri başladı. Aydındır ki, bu dəfə nə baş verdiyini Ali Baş Komandan və sahədə olan qəhrəman əsgərlərdən başqa heç kim bilmirdi. Azərbaycan xalqı suverenliyin bütün əraziləri əhatə edən tam Qələbə sevincini Ali Baş Komandanın Xankəndidə ucaltdığı Dövlət Bayrağının dalğalanmasından sonra hiss etməyə başladı. Azərbaycan xalqı 30 illik beynəlxalq təşkilatlardan, dünya ölkələrindən “Xocalıya ədalət” istəyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində ucaltdığı Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə təmin etdi. Bu tarixi ədalətin hərtərəfli təmin olunması ilə bağlı iki mühüm məqama diqqət etmək lazımdır: birincisi, Xocalı faciəsinə şahidlik etmiş “hərbi xunta” rejiminin başçılarının əlləri qandallanaraq Bakıya gətirilməsi və Azərbaycan qanunları ilə sorğulanması; ikincisi, 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramında əksini tapan qərarların icra olunması ilə bağlıdır. Bütün bunlar onu göstərir ki, ədalətsizliyə qarşı illərlə mübarizə aparan Azərbaycan xalqı və onun lideri İlham Əliyev dünya gücləri qarşısında yenilmədi, milli davadan geri çəkilmədi, XOCALIDA ƏDALƏTİ özü bərpa etdi.
"Azertag.az"