22.02.2024, 11:24 - Baxış sayı: 375

“Elm və gender problemləri” mövzusunda tədbir keçirlib

“Elm və gender problemləri” mövzusunda tədbir keçirlib

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda İnstitut Qadınlar Şurasının təşkilatçılığı ilə “11 fevral “Qadınlar və qızlar elmdə” beynəlxalq günü ilə əlaqədar “Elm və gender problemləri” mövzusunda tədbir keçirlib.
Tədbiri giriş nitqi ilə İnstitutun elmi işçisi Xanımağa İsmayılova açmışdır. O, öz çıxışında Azərbaycan qadınlarının elmdə və ictimai həyatdakı fəal rolundan bəhs edib. Qadınlarımızın elm və təhsil sahəsində əldə etdiyi uğurları qeyd edən Xanımağa İsmayılova xanımların elmə olan marağını artırmaq, gənc yaşdan qız usaqlarını elmi və akademik fəaliyyətlə məşğul olmaları üçün maarifləndirmə istiqamətində davamlı işlərin aparılmasının vacibliyini bildirib.
Sonra aparıcı elmi işçi,f.f.d, dosent Ağasəlim Həsənov “Qadınların ictimai-siyasi həyatda iştirakı”, “Sosial psixologiya” şöbəsinin müdiri f.ü.f.d., dosent Günel Məlikli “Azərbaycan elminin inkişaf tarixində qadınların rolu”, elmi işçi Vüsalə Gülmalıyeva “İnformasiya –texnologiya sahəsində Azərbaycan qadınlarının disbalanssızlığının səbəbi”, elmi işçi Humay Hacıyeva “Cəmiyyətin inkişafında gender bərabərsizliyinin rolu” mövzusunda məruzə ilə çıxış ediblər.