Qan yaddaşımız - Xocalı soyqırımı
Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Ümummilli Lider Lider Heydər Əliyev qeyd edirdi: "...1992-ci il fevralın 26-da qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq".
1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşir və 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olunmuş, fevralın ortalarında Qaradağlı kəndini, fevralın 17-də Xocavəndin Qaradağlı kəndini ələ keçirmişdilər. 30 oktyabr tarixində rayonla yerüstü əlaqə kəsilmiş, helikopter yeganə nəqliyyat vasitəsinə çevrilir. 1991-ci il sentyabrın 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi. Hər gecə Xocalı "Alazan" və "Kristall" raket qurğularından atəşə tutulurdu.
1992-ci il yanvarın 28-də "Azərbaycana məxsus Mİ-8 markalı mülki helikopter Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri tərəfindən vurulmuş, helikopterin sərnişinləri olan 47 azərbaycanlı həlak olmuşdu. Bundan sonra şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınmışdı. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular.
1992-ci ilin yanvarından etibarən şəhərə elektrik təchizatı kəsilmişdi. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə alır.
Güclü artilleriya atəşlərindən sonra erməni hərbi birləşmələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritmiş, ilk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələrini dağıtmış, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törəmişlər. Piyada dəstələr şəhərə fevralın 26-sı gecə saat 01:00-04:00 arası girmişdirlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyitlərin bir qismini minalayıblar. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti (1992 may - 1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri zamanı 1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı ələ keçirir, daha sonra Laçın rayonu, 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal edirlər.
Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Erməni işğalçıları tərəfindən 4.861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü.
Erməni jurnalisti Daud Xeyriyan yazır: "...Martın 2-də ermənilərin "Qaflan" qrupu 100 nəfərdən çox türk meyitini yığıb Xocalıdan təqribən bir kilometr qərb istiqamətində yandırdı.... Sonuncu maşında təqribən 10 yaşında olan bir qız uşağı da gördüm. O, alnından və qollarından yara almışdı. Sir-sifəti göyərmiş bu uşaq hələ ölməmişdi. Aclığa və soyuğa, aldığı yaralara baxmayaraq ölməmişdi. Asta-asta nəfəs alırdı. Ölümlə çarpışan bu uşağın gözlərini unuda bilmirəm... Bir azdan onu da "Qaflançıların səyyar ölüm ocaqları"nda yandıracaqdılar. Heysiz-hərəkətsiz uzanmış, dırnaqlarından qan süzülən bu uşağı Tiqranyan çağırılan bir əsgər qalaqlanmış meyitlərin üstünə atdı...
...Sonra bu insan qalağına od vurdular. Bu zaman elə zənn etdim ki, yanan meyitlərin içərisində kimsə qışqırır. Aman və imdad diləyir..."
1992-ci il mayın 18-də saat 13.50-də Laçın ərazisindəki Qarıqışlaq kəndində səkkiz qız uşağı güllələnir, məlumata görə, bunlar, V.Bennet tərəfindən lentə köçürülür.
İlk dəfə olaraq, erməni silahlılarının törətdiyi qırğın barədə məlumatı fotolarla birgə Rəhbər Bəşiroğlu "Milliyyət" qəzetinə ötürdü. Türkiyənin qəzetinin martın 4-ünə olan manşeti bütövlükdə Xocalı soyqırımına həsr edilmişdi.
1992-ci il 12 iyunda, Rusiyanın "Svoboda" qəzeti “Faciəni törədənlərə haqq qazandırıla bilməz" başlıqlı məqalədə Moskvada yerləşən insan haqları üzrə Memorial qrupunun 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə hərbi birləşmələr tərəfindən Xocalının işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulmasına dair hesabatına geniş yer ayırmışdı.
28 fevral tarixində tərkibində jurnalistlər də olan qrup iki helikopterlə azərbaycanlıların kütləvi qətlə yetirildiyi ərazilərə çata bildilər. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq dörd meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərdən ibarət qrup hadisə yerində olduqda onların müşahidə etdiyi vəziyyət daha da dəhşətli olmuşdur: meyitlərə xəsarətlər yetirilmiş və baş dəriləri soyularaq götürülmüşdür. Meyitləri yığan döyüşçülər artıq yüksəklikdə olanda Çingiz Mustafayevin helikopterlə gəlişinin şahidi oldular.
Ermənilər helikopteri atəşə tutur Çingiz döyüş meydanında düşmənlə üz-üzə tək qalmışdı. Çingiz Mustafayevin sözlərinə görə, o, ilk dəfə fevralın 28-i əraziyə helikopterlə gələndə təxminən 500 metr radiusunda havadan cəsədlərlə dolu meydança var idi. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qısa müddətli hərbi jurnalist karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə alması, Xocalı soyqırımını işıqlandırması olmuşdur.
Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olmuş Allahverdi Bağırovun üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdi. Cəsədləri Ağdam məscidində kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Bəzi meyitlərinsə ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər.
Polkovnik V.Savelyev yazır: "Mən on addımlığımda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram".
Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmışdı. 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olunur.
Ümummilli lider Heydər Əliyev söyləyirdi: "...Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən də bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, etdiyi cinayətlər nəticəsində və hətta deyə bilərəm, xəyanətləri nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləmək, ermənilərin bu vəhşiliyini dünyada göstərmək, yaymaq, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzün özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik. Bu cinayətlər də, bu xəyanətlər də göz qabağındadır. Bu gün burada danışanların hamısı, xüsusən Xocalının icra hakimiyyəti başçısı çox ətraflı məlumat verdi. Bunlar bu cinayətləri, bizim öz tərəfimizdən, yəni Azərbaycanın ayrı-ayrı dövlət nümayəndələri tərəfindən, xüsusən də dövlət başçısı tərəfindən olan cinayətləri və xəyanətkarlığı bir daha sözsüz sübut edir. Ancaq budörd il müddətində mən hesab edirəm ki, bir günah da, bir böyük qüsur da var. O da ondan ibarətdir ki, bu xəyanətin, bu cinayətin üstünü örtüb-basdırmağa çalışıblar. Mən belə bir qənaətə gəlirəm ki, buna bir çox tərəflərin marağı olubdur. Burada deyildi və mən bu fikirlərlə razıyam ki, məsələn, bu Xocalı faciəsi təkcə o vaxt hakimiyyətdə olanların cinayəti və xəyanətkarlığı nəticəsində deyil, eyni zamanda o vaxt hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin öz xalqına etdiyi xəyanətin və cinayətin nəticəsində olubdur. Ona görə dəbu məsələnin, bu cinayətin, bu xəyanətkarlığın tamamilə açılmasında, aşkar olmasında nə o tərəfin, nə bu tərəfin marağı olmayıbdır.Mən sentyabrın birinci günlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini öz üzərimə götürməli oldum. O vaxt biz çox gərgin işləyirdik və özümüzün dəNaxçıvanda çoxlu problemlərimiz var idi. Ancaq eyni zamanda, o zaman Qarabağın vəziyyəti də məni narahatedirdi".
Heydər Əliyevin 25 fevral 1997-ci il verdiyi H 498 qərar nəticəsində, hər il fevralın 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. Ümummilli lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən başlı-başına qalmasına kəskin etiraz bildirərək deyirdi: "Ozamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır".
Ulu öndər Heydər Əliyev hər çıxışında xalqın dərdinə şərik olaraq deyirdi: "...Ermənistanın təcavüzü başlanandan indiyə qədər təxminən 16 min azərbaycanlı şəhid, tələf olmuş, 22 minə qədər adam yaralanmış, bir milyona yaxın adam isə qaçqın düşmüşdür. İndi qaçqınlarımızın, məcburi köçkünlərimizin sayı bir milyondan artıqdır. Kəndlərimiz, şəhərlərimiz, qəsəbələrimiz viran olmuşdur... Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olmuşdur. Bütün bu qanlı faciələrin qarşısının alınmasında, o cümlədən, Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalifət qüvvələri də birbaşa məsuliyyət daşıyırlar... Faciə haqqında dünya ictimaiyyətinə geniş məlumat vermək, beynəlxalq aləmə həyəcan təbili çalmaq əvəzinə, Xocalı dəhşətlərinin həqiqi miqyasını xalqdan gizlətməyə cəhd etmiş, tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik nümayiş etdirmişlər...".
Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatından bir hissə: "1992-ci il fevralın 26-da Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı yerli erməni yaraqlıları və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar". Prezident İlham Əliyev isə Xocalı faciəsilə bağlı fikirlərini bir daha açıqladı: "Ümummilli liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu qanlı cinayət siyasi-hüquqi qiymətini almış, onun dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün tədbirlər görülmüşdür".
Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli fəaliyyət göstərməkdədir. "Xocalıya Ədalət!" kampaniyasının təşəbbüskarı olmaqla, Heydər Əliyev məktəbinin yetirməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın siyasi fəaliyyəti ilə müstəqil Azərbaycanın çırpınan ürəyi kimi dünyanın ən mötəbər tribunalarından beynəlxalq terrora "Yox!" deyərək 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri, terror dəstələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımına dair həqiqətlər haqqında dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuş və davamlı tədbirlər keçirmişdir, haqqın yer üzündə bərqərar olması üçün hamını birliyə səsləmişdir.
Prezident İlham Əliyev vurğulayırdı: "Bizim əzəli torpağımız olan Qarabağ bu gün siyasi və hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək".
Prezident İlham Əliyev demişdi:"Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər". Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" devizi və bir ildən sonra, 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etdi.
Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. “Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi.
Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qisasının alındığını bir daha sübuta yetirdi.
Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
"Science.gov.az"