01.04.2024, 11:08 - Baxış sayı: 220

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində dəyirmi masa keçirilib


“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində dəyirmi masa keçirilib

Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) ixtisası üzrə elmi təcrübə keçən IV kurs tələbələri ilə dəyirmi masa keçirildi.
Şöbənin aparıcı elmi işçiləri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qasımova Təzəgül və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Həşimov Davud tələbələrlə “Milli ideya və ideologiya: tarixilik və müasirlik” mövzusunda elmi müzakirə apardılar. Müzakirə zamanı tələbələrə ideya və ideologiya analayışlarının elmi təhlili və müasir dövrdə ideologiyanın yeri və əhəmiyyəti, dövlətlərin tarixi təcrübəsi kontekstində milli ideyaların və ideologiyaların məzmunu izah edildi. Eyni zamanda Azərbaycançılıq ideologiyasının müasir modeli sosial-siyasi və fəlsəfi aspektdən təhlilinə cəlb olundu. Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırıldı.
Dəyirmi masada şöbənin əməkdaşları s.e.ü.f.d., dos. Davud Həşimov, f.ü.f.d., dos. Təzəgül Qasımova, laborantlar Şəfa Əsgərova, Günay Cabarova iştirak etdilər.
“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində dəyirmi masa keçirilib
“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində dəyirmi masa keçirilib