“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində seminar keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) ixtisası üzrə elmi təcrübə keçən IV kurs tələbələri ilə dəyirmi masa keçirildi.Seminarda məruzəçi institutun “Sosiologiya” şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə tələbələrlə “Azərbaycançılıq məfkurəsinin tarixi-fəlsəfi-siyasi anlamı” mövzusunda seminar təşkil etmişdir. Seminarda Azərbaycançılıq məfkurəsini siyasi şüur və milli dövlətçilik istiqamətində əsaslandırmış, “islamlaşmaq–türkləşmək–müasirləşmək” prinsiplərini nəzəri müstəvidə və praktik zəmində əhatəli təhlil etmişdir.
Dəyirmi masada şöbənin əməkdaşları iştirak etdilər.
Dəyirmi masada şöbənin əməkdaşları iştirak etdilər.