10.05.2024, 07:08 - Baxış sayı: 116

“Yaşıl dünya: sosial-iqtisadi transformasiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib


“Yaşıl dünya: sosial-iqtisadi transformasiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Türkiyənin Kahramanoğlu Mehmetbey Universitesi və Özbəkistanın Maumun adına Xorəzm Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl dünya: sosial-iqtisadi transformasiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, f.f.d., dosent Zeynəddin Şabanov “Ekosistemin qorunmasında milli siyasət” mövzusunda məruzə ilə çıxış etmişdir. Z. Şabanov ekoloji problemlərin aradan qaldırılması, ekosistemin qorunması, ekotarazlığın bərpa edilməsi sahəsində, ekoloji mədəniyyətin yüksəldilməsi istiqamətində Azərbaycanda aparılan milli siyasətdən danışmış, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna, “İnzibati Xətalar Məcəlləsi”nə, “Meşə Məcəlləsi”nə edilən dəyişikliklər və əlavələr barədə məlumat vermiş, ekoloji şüurun dərinləşməsi, ekololoji tərbiyənin artırılması üçün maarifləndirmə və təbliğat işinin zəruriliyini vurğulamışdır.
“Yaşıl dünya: sosial-iqtisadi transformasiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib