05.06.2024, 08:57 - Baxış sayı: 157

"Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti sayı çap olunub


"Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti sayı çap olunub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda beynəlxalq elmi-nəzəri “Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti (№ 30 , 2024) sayı çap olunub.
İDRAK, ELM VƏ TEXNOLOGİYA FƏLSƏFƏSİ
Jurnalda İlham Məmmədzadə “Kollektiv yaddaş, identiklik və alim etikası epistemologiya kontekstində”, Əbülhəsən Abbasov “Milli ideologiya: şərtlər-tələblər, ideya-ideallar, prinsiplər” , Rövşən Hacıyev “ Qanun” anlayışının məzmununa dair, Fərid Mahmudzadə “Fənlərarası tədqiqatın təşkili: bir sıra epistemoloji problemlər, Fəxriyyə Məmmədzadə “Süni intellekt, iş etikası və etik mühit”.
FƏLSƏFƏ TARİXİ VƏ İSLAM FƏLSƏFƏSİ
Əli Abasov “Məhəmməd Füzuli və İslam sivilizasiyası”, Rəfail Əhmədli “XIX əsrdə Azərbaycanda milli şüurun formalaşmasında Abbasqulu Ağa Bakıxanovun fəlsəfi ideyalarının rolu”, Faiq Ələkbərli “ Məhəmməd Əmin Rəsulzadənin fəlsəfəsində azərbaycançılıq və türkçülük”.
SOSİOLOGİYA, İNFORMASİYA CƏMİYYƏTİ VƏ SİYASƏTİN FƏLSƏFƏSİ
Salih Çift “ Modern psikoloji bilimi ve tasavvuf” , Şahin Bağırov “ Siyasətin digər sosial və humanitar elmlərdə öyrənilməsi”, Elnur Mustafayev “İslamda dinlərarası dialoqa fəlsəfi-siyasi münasibət”, Anar Bağırov “Legitimlikdə ideologiya” məqalələri dərc olunub.
“Şərq fəlsəfəsi problemləri” jurnalında dərc olunan məqalələrlə Journalorientalphilosophy saytında tanış olmaq olar.