“Ulu öndər Heydər Əliyevin xilas etdiyi Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qürurlu dövrünü yaşayır” mövzusunda seminar keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” şöbəsində “Ulu öndər Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan Prezident, Qüdrətli Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qürurlu dövrünü yaşayır” mövzusunda seminar keçirilib. Seminarda şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gün olduğunu, Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuş olduğunu söyləyib. Çıxışında həmçinin, Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, parçalanma təhlükəsindən qurtulduğunu, və sabitliyin, demokratiyanın əsası qoyulduğunu vurğuladı. Bildirdi ki, dahi lider Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir ideologiya müəyyənləşdirmişdir ki, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummili mənafelər çərçivəsində bir araya gəlməsinə zəmin yaratmışdı.
G.Məlikli hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev möhtəşəm uğurlara imza ataraq, Azərbaycanı Cənubi Qafqazın inkişaf mərkəzinə çevirdiyini, COP29-un ölkəmizdə keçirilməsi qərarının böyük tarixi mahiyyət daşıdığını vurğuladı. Cənab İlham Əliyev güclü lider kimi ölkəyə rəhbərlik etdiyi 21 ildə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Ali Baş Komandan İlham Əliyevin özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.- deyə, Günel Məlikli vurğulayıb.Daha sonra şöbənin dissertantı Zeynəb Həcəmova seminarda çıxış edərək, müzakirələr aparılıb.