13.06.2024, 06:36 - Baxış sayı: 76

Faiq Ələkbərli beynəlxalq simpoziumda Türk birliyi və Türk Dövlətləri Təşkilatından məruzə edib


Faiq Ələkbərli beynəlxalq simpoziumda Türk birliyi və Türk Dövlətləri Təşkilatından məruzə edib

İyunun 11-12-də Bakı Avrasiya Universitetinin (BAAU) ev sahibliyi ilə XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu baş tutub.
Bakı Avrasiya Universiteti, Türkiyənin Niğde Ömer Halisdemir Universiteti və Qazax Qızlar Milli Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq simpoziumda Türk dünyasının müxtəlif ölkələrindən elm adamları iştirak ediblər.
Həmin beynəlxalq simpoziuma dəvət alan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk birliyinin fəlsəfi-ideoloji mahiyyəti və Türk Dövlətləri Təşkilati” mövzusunda məruzə edib. Öncə, Türk birliyi ideyasının tarixi - fəlsəfi mahiyyətindən bəhs edən F.Ələkbərli, bu anlamda İslamçılıq, qərbçilik, avrasiyaçılıq və digər ideyalara da toxunub.