13.06.2024, 06:40 - Baxış sayı: 187

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Ağasəlim Həsənovun Web of Science-də indekləşən jurnalda məqaləsi dərc edilib


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Ağasəlim Həsənovun Web of Science-də indekləşən jurnalda məqaləsi dərc edilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial fəlsəfə və ekoloji problemlər” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənovun dünyada mövcud A kateqoriyalı və beynəlxalq xülasələndirmə bazası olan Web of Science-də indekləşən, Kubada nəşr edilən “Universidad de sociedad” nüfuzlu elmi jurnalda “Cənubi Qafqas ölkələrində vətəndaş həmrəyliyi və etnik siyasət” adlı məqaləsi dərc edilib.
Məqalədə Cənubi Qafqaz ölkələrində – Azərbaycan, Gürcüstan və Ermənistanda etnik siyasət və vətəndaş həmrəyliyi məsələsinə sosioloji baxımdan müqayisəli şəkildə baxılır. Tədqiqatın məqsədinə uyğun olaraq üç ölkənin etnik-dini tərkibinə nəzər salınır, vətəndaş həmrəyliyinin mövcud vəziyyəti təhlil edilir. Həmçinin, etnik münasibətlər, dövlət dili, etnik azlıqların dil və mədəniyyətləri ilə bağlı mövcud vəziyyət, dini tolerantlıq mühiti, seçkili orqanlarda təmsilçilik kimi aktual məsələlər hər üç ölkə üzrə təhlil edilir. Müəllif qeyd edir ki, Azərbaycanda və Gürcüstanda vətəndaş həmrəyliyi və milli birlik dövlət səviyyəsində həyata keçirilən etnik siyasətin fəlsəfəsinə çevrilib. Ermənistanda isə assimilyasiya, antitürkizm, antisemitizm, irqçilik və s. dövlət siyasətinə çevrilib.Ölkə ərazisində bütün qeyri-ermənilərə qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində Ermənistan monoetnik ölkəyə çevrilib. Azərbaycan və Gürcüstan isə apardıqları uğurlu etnik siyasət sayəsində vətəndaş həmrəyliyini təmin edə bildilər. Nəticədə hər iki ölkə öz polietnik mənzərəsini qoruyub saxlamış, vətəndaşların vahid ölkə daxilində birgəyaşayışının və əməkdaşlığının təmin edilməsində müsbət təcrübə qazanmışdır.
Məqalə ilə buradan tanış olmaq olar