13.06.2024, 11:05 - Baxış sayı: 226

“Azərbaycan dövlətçilik fəlsəfəsi: milli ideya və ideologiya kontekstində” ümuminstitut seminarı keçirilib


“Azərbaycan dövlətçilik fəlsəfəsi: milli ideya və ideologiya kontekstində”  ümuminstitut seminarı keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsinin elmi işçisi Kamran Məmmədovun 15 iyun “Qurtuluş gününə” həsr olunmuş “Azərbaycanın dövlətçilik fəlsəfəsi – milli ideya və milli ideologiya kontekstində” ümuminstitut seminarı keçirilib.
Seminarı Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsinin müdiri, f.ü.f.d., Məhəmməd Cəbrayılov açaraq, Kamran Məmmədovu seminar iştirakçılarına təqdim etdikdən sonra sözü məruzəçiyə verib.
Məruzəçi Azərbaycanın dövlətçilik fəlsəfəsi milli ideya və milli məfkurə çərçivəsində tarixi irsin qorunub saxlanması, ərazi bütövlüyünün təmin edilməsi, iqtisadi inkişafın dəstəklənməsi, mədəni unikallığın və multikulturalizmin təbliği, dünyəvi və demokratik dəyərlərə sadiqlik, balanslaşdırılmış geosiyasi strategiyanın həyata keçirilməsini əhatə edib: “Qloballaşma dövründə milli ideya problemlərinin siyasi, iqtisadi, mədəni və bir çox aspektləri mövcuddur. Hər kəsə məlumdur ki, fəlsəfi konsept olmadan bütün məlumatları, bütün aspektləri bir araya gətirmək, problemi bütün bütövlüyü ilə görmək, onun gələcəyini proqnozlaşdırmaq çətindir. Yalnız fəlsəfi yanaşma milli ideya keçmişdəki və gələcəkdəki çağırışları aşkar etməyə, tarixin müxtəlif mərhələlərində dövlət və liderin rolunu dərk etməyə imkan yaradır. Bizim bu günü necə başa düşdüyümüz, yaxın gələcək üçün məqsədlərimizin nədən ibarət olduğu barədə məsələyə yalnız fəlsəfə deyil, prinsipcə fəlsəfə nəinki bizim bu günümüzü, milli ideyanın bu gününü dərk etməyə hətta onun gələcək inkişafının perspektivlərini müəyyən etməyə qadirdir”.
“Azərbaycan dövlətçilik fəlsəfəsi: milli ideya və ideologiya kontekstində”  ümuminstitut seminarı keçirilibHəmçinin məruzəçi Sovet Azərbaycanı – milli kimliyin və milli varlığın qorunub saxlanılması uğrunda mərhələli mübarizə, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı – yeni milli ideyanın başlanğıcı və Azərbaycanın dövlətçilik fəlsəfəsinin müasir təməli, vahid siyasi kurs və çoxşəxəli istiqamətlər, yeni miniillik, yeni hədəflər və qlobal çağırışlara qlobal cavablar verən yeni lider: İlham Əliyev - siyasi varislik, idarəetmə və ideoloji xəttin uğurlu nümunəsi, Müasir dövrün milli ideya və milli ideologiyası - qlobal çağrışlara qlobal cavablar fonunda hazırlanmalıdır, Müasir Azərbaycan – milli ideya və milli ideologiya kontekstində paralellər və kəsişmələr və s. məsələlərə toxunub.
“Azərbaycan dövlətçilik fəlsəfəsi: milli ideya və ideologiya kontekstində”  ümuminstitut seminarı keçirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə, f.e.d., professor Əli Abasov, f.e.d., professor Əbülhəsən Abbasov, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d. Şöhlət Zeynalov, f.ü.f.d., dosent Radif Mustafayev və başqaları milli ideyanın və dəyərlərin cəmiyyətdəki rolundan və yeni dövrdə onların necə formalaşdırılması ilə bağlı məruzə ilə çıxış etmişlər. Maraqla qarşılanan seminarın sonunda suallar səsləndirilmiş və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
“Azərbaycan dövlətçilik fəlsəfəsi: milli ideya və ideologiya kontekstində”  ümuminstitut seminarı keçirilib
“Azərbaycan dövlətçilik fəlsəfəsi: milli ideya və ideologiya kontekstində”  ümuminstitut seminarı keçirilib