03.07.2024, 12:06 - Baxış sayı: 216

Fəlsəfə və Sosiologiya İnstitutunun yarımillik iclası keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunun yarımillik iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 2024-cü il üzrə yarımillik iclası keçirilib. İclası institutun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.
Hesabatda İnstititun Elmi Şurasının üzvləri və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri iştirak edib.
İnstitutun elmi katibi, f.ü.f.d. Sevinc Həsənova elmi müəssisənin 2024-ci il üzrə yarım illik elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verib.
1.2. 2024-CÜ İLİN I YARIMİLİ ÜÇÜN ELMİ-TƏDQİQAT İŞLƏRİ PLANLARININ YERİNƏ YETİRİLMƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT VƏ ALINMIŞ MÜHÜM ELMİ NƏTİCƏLƏR
2024-cü ilin birinci yarımilində İnstitutda 2 elmi istiqamət, 4 problem, 14 mövzu üzrə 129 elmi tədqiqat işi yerinə yetirilməkdədir.
2024-cü ilin birinci yarımilində elmi tədqiqat işlərinin nəticəsi olaraq İnstitut əməkdaşları tərəfindən 211 əsər nəşr olunmuşdur. Bunlardan 10 monoqrafiya (onlardan 1-i xaricdə, 7-si ölkədə, 2-i kollektiv monoqrafiya olmaqla), 1 toplu, 1 tədris proqramı, 2 dərs vəsaiti çap olunmuşdur. Eləcə də 120 məqalə elmi nəşrlərdə (onlardan 48-i xaricdə, o cümlədən 8 məqalə İmpakt faktorlu jurnallarda və Scopus bazalarında dərc olunmuşdur), 25 konfrans tezisləri (onlardan 7-si xaricdə), 105 məqalə saytlarda və kütləvi informasiya vasitələrində dərc edilmişdir. Çap olunmuş məqalə və tezislərin ümumi sayı 249-dur.
Google scholarda qeydiyyatdan keçmiş əməkdaşların sayı 142, məqalələrinə istinadların sayi 1038, Google scholardakı dərc olunmuş elmi işlərin sayı 2057, H-indeksi olan əməkdaşların sayı 41 olmuşdur. Onlardan daha çox istinad və H-indeksi isə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor Məmmədzadə İlham Ramiz oğlunda (Ümumi istinad: 75, Fəlsəfə və Sosiologiya İnstitutunun yarımillik iclası keçirilibH-indeksi: 6, H-10-indeksi: 1, N Works:119), “Müasir fəlsəfə problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Abasov Əli Seyidabbas oğlunda (Ümumi istinad:78, H- indeksi: 5, h-10-indeks: 2, N Works:65), “Sosiologiya” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Əlizadə Aydın Arif oğlunda (Ümumi istinad: 520, H-indeksi: 5, H-10indeksi: 2, N Works: 30), “İslam fəlsəfəsi” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Bünyadzadə Könül Yusif qızında (Ümumi istinad: 21, H- indeksi: 3, N Works:20), “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələkbərli Faiq Qəzənfər oğlunda (Ümumi istinad: 29, H – indeks: 3, N Works: 129) olmuşdur. İnstitutun 17 əməkdaşının 14 xarici ölkədə oflayn və onlayn keçirilən konfranslarda 29 məruzələri dinlənilmişdir.
2024-cü ilin I yarısında 4 beynəlxalq konfrans, 5 respublika elmi-nəzəri konfrans, 17 dəyirmi masa, görüş və kitab təqdimatları, 7 ümuminstitut seminarı keçirilmişdir.Hesabat şura üzvləri tərəfindən qənaətbəxş hesab edilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun yarımillik iclası keçirilib