08.07.2024, 06:57 - Baxış sayı: 154

Elektron Xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova növbəti treninq keçirib


Elektron Xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova növbəti treninq keçirib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron Xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova Institutun Azərbaycan Fəlsəfə Tarixi şöbəsində elmmetrik bazalarda fəaliyyət və yeni qaydalarla tanışlıq haqqında treninq keçirib. A.Zeynalova şöbə əməkdaşlarını elmmetrik bazalardakı yeniliklər və beynəlxalq elmi jurnallarda isifadə edilən DOI identifikatorları haqda məlumatlarla geniş tanış edərək hər bir şöbə əməkdaşını bu işlərdə daha da aktiv olmağa çağırıb.
Daha sonra Azərbaycan Fəlsəfə Tarixi şöbəsinin müdiri, f.e.d. Arzu Hacıyeva öz təklif və fikirlərini irəli sürərək bundan sonra da Elektron Xidmətlər şöbəsi ilə sıx əməkdaşlıq edəcəklərini bildirdi.
Treninqdə aktiv iştrak edən şöbə əməkdaşları onları maraqlandıran suallar verərək maraqlı dialoq aparmış və hər biri elmmetrik bazalardakı profillərinə düzgün nəzarət edəcəklərini qeyd ediblər.
Sonda A.Zeynalova şöbə əməkdaşlarına treninqdə aktiv iştrak etdikləri üçün öz təşəkkürlərini bildirərək onlara elmi fəaliyyətlərində uğurlar diləyib.