“Yaşıl düşüncə”, Dayanıqlı inkişaf və “Yaşıl həyat” mövzularına həsr olunmuş təlimlər keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi" ictimai birliyinin həyata keçirdiyi Qarabağ iqtisadi rayonunda “yaşıl düşüncə”nin təbliği və inkişafı adlı layihə çərçivəsində, 17 avqust tarixində Bərdə şəhərində keçirilən “Yaşıl düşüncə”, Dayanıqlı inkişaf və “Yaşıl həyat” mövzularına həsr olunmuş təlimlər Qarabağ regionunun ekoloji cəhətdən davamlı və müasir dövrün tələblərinə uyğun inkişafı məqsədini daşıyırdı.
Bu təlimlərin əsas məqsədi, iştirakçılara “yaşıl düşüncə” anlayışını dərinliklə izah etmək, bu düşüncənin ekosistemə, təbiətə və insan sağlamlığına olan müsbət təsirlərini vurğulamaq idi. Xüsusilə Qarabağ regionu üçün əhəmiyyətli olan bu yanaşma, işğaldan azad olunmuş ərazilərin ekoloji bərpası və dayanıqlı inkişafın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Təlimlərdə iştirakçılar, ətraf mühitin qorunması və resursların səmərəli istifadəsi ilə bağlı yeni bilik və bacarıqlara yiyələnərək, “yaşıl düşüncə”ni şəxsi və peşəkar həyatlarına tətbiq etməyin yollarını öyrəndilər.
Geniş müzakirələr aparıldı və iştirakçılar, “Yaşıl Bərdə” təşəbbüsü çərçivəsində öz təkliflərini təqdim edərək, regionda ekoloji mədəniyyətin inkişafına töhfə verməyi hədəflədilər.
Tədbirin sonunda, iştirakçılara sertifikatlar təqdim olundu və onların əldə etdikləri bilik və bacarıqların regionda “yaşıl düşüncə”nin yayılmasına və dayanıqlı inkişafın təmin edilməsinə töhfə verəcəyi vurğulandı. Təlimlər, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, Vətən müharibəsi iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev tərəfindən aparıldı.