02.09.2024, 09:04 - Baxış sayı: 97

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Hafizə İmanova Monqolustanda keçirilən beynəlxalq konfransda iştirak edib

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Hafizə İmanova Monqolustanda keçirilən beynəlxalq konfransda iştirak edib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Hafizə İmanova 12-20 avqust 2024-cü il tarixlərində Monqolustanın Ulanbator şəhərində “Environmental hazards in Asia” (Asiyada ekoloji böhranlar) adlı beynəlxalq konfransda iştirak etmişdir. Konfrans Monqolustan Dövlət Universiteti, Monqolustan Astronomiya və Astrofizika Universiteti, Oksford və Birkbeck Universitetlərinin təşkilatçılığı ilə İngiltərə, Polşa, ABŞ, Rusiya, Türkiyə, Koreya, Yaponiya, Hindistan, Nepal, Filippin, Azərbaycan, Qazaxıstan, Almaniya kimi ölkələrdən geologiya, geofizika və iqlim sahəsindəki ekspertləri və alimləri toplayaraq rəsmi tədbirdən və praktiki səfərdən ibarət olmuşdur. Ekspertlər 12-15 avqust tarixlərində rəsmi konfransda öz prezentasiyalarını təqdim etmiş, 16-20 avqust tarixlərində isə praktiki təcrübə üçün alimlər Monqolustanın zəlzələ ocaqlarında baş verən iqlim dəyişmələri və ekoloji dəyişimləri görmək üçün Mogod kimi zəlzələ və vulkan ərazilərə səfər etmişlər.
Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Hafizə İmanova Monqolustanda keçirilən beynəlxalq konfransda iştirak edibKonfransda Asiya ölkələri üzrə Milli Elmlər Akademiyası Assosasiyası da iştirak etmişdir. Qeyd edək ki, Azərbaycandan yeganə təmsilçi Hafizə İmanova “Azərbaycan və Monqolustanın ekologiyasına iqlim dəyişmələrinin təsirinin müqayisəli təhlili” adlı prezentasiya ilə çıxış edərək həm Azərbaycanda, həm də Monqolustanda iqlim sahəsində aparılan işlərin müqayisəli təhlilini təqdim etmiş, iqlimin fəlsəfi mahiyyətinin şərhini vermiş, həm də Qarabağ regionunun Yaşıl Zonaya çevrilməsi istiqamətində aparılan işlərdən bəhs etmişdir. Konfrans zamanı Hafizə İmanova panel müzakirələrdə ekspert olaraq çıxış etmiş və COP 29-a hazırlıq və iqlimlə mübarizədə beynəlxalq əməkdaşlığın rolundan da bəhs etmişdir. Konfrans materialları dərc edilmişdir və sonda Hafizə İmanova beynəlxalq sertifikatla təltif edilmişdir.