04.09.2024, 10:44 - Baxış sayı: 55

AMEA əməkdaşları Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən Konfransda iştirak etmişlər


AMEA əməkdaşları Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən Konfransda iştirak etmişlər

3 sentyabr 2024-cü il tarixində AMEA-nın akademiki Gövhər Baxşəliyeva, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev Bakı Təşəbbüs Qrupunun Feyermont mehmanxanasında keçirdiyi konfransda iştirak etmişlər. Konfrans “Qəmər Adaları İttifaqının, Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusuna həsr edilmişdir.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qəmər Adaları İttifaqının geniş tərkibli nümayəndə heyətini, Afrika Birliyi və digər təşkilatların nümayəndələrini salamlamış, əmin olduğunu bildirmişdir ki, beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan ədalət, birgə səylər sayəsində Mayot məsələsi həll ediləcəkdir. Bəyan etmişdir ki, Bakı Təşəbbüs Qrupu Mayot məsələsi üzrə Birləşmiş Millətlər Təşkilatının Qoşulmama Hərəkatının, Afrika İttifaqının və İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə və tövsiyələrinə əməl etməyə çağırır.
Konfransda tarix elmləri doktoru Eynulla Mədətli Qəmər Adaları İttifaqına münasibətdə, Yeni Kaledoniyada olduğu kimi, Fransanın yeritdiyi yeni işğalçı və müstəmləkəçi siyasətini tənqid edərək AMEA əməkdaşları Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən Konfransda iştirak etmişlərFransanın Qəmər adalarına qarşı siyasətində müstəmləkəçiliklə yanaşı, irqi ayrı-seçkiliyə, dini ayrı-seçkiliyə rəvac verdiyini, adaların, o cümlədən Mayot adasının əhalinin əksəriyyətini (97 faiz) təşkil edən müsəlmanların hərtərəfli təqib və təzyiqlərə məruz qaldığını diqqətə çəkdi. Fransanın XXI əsrə yaraşmayan bu siyasətini dəyişməyə, Cənubi Qafqazda da sülhə mane olan fəaliyyətlərinə son qoymağa çağırdı.
Qəmər Adaları İttifaqı nümayəndələrindən prof. Məhəmməd Tahiri, Nadia Tourqui, Dr. Məhəmməd Rəfsəncani, Mabadi Əhməd Əli və başqaları çıxış etdilər və Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlıq bildirdilər.
Azərbaycan alimləri və mütəxəssisləri də çıxışlar etdilər.
Sonda müvafiq bəyannamə qəbul edildi.