16.10.2024, 08:22 - Baxış sayı: 0

Hafizə İmanova “Prezident İlham Əliyevin gənclərə müasir çağırışlara cavab verən örnək liderlik nümunəsi” mövzusunda çıxış edib


Hafizə İmanova “Prezident İlham Əliyevin gənclərə müasir çağırışlara cavab verən örnək liderlik nümunəsi” mövzusunda çıxış edib

Oktyabrın 15-də AMEA Rəyasət Heyətinin və AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) birgə təşkilatçılığı ilə “Siyasi varislikdən siyasi liderliyə: Tarixi zəfərin memarı” mövzusunda tədbir keçirilib. Tədbirdə AMEA prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları, AMEA-nın Azad Həmkarlar İttifaqının rəhbərliyi və aparatının işçiləri, elmi müəssisə və təşkilatların həmkarlar ittifaqlarının nümayəndələri, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının, AMEA-nın Qadınlar Şurasının və YAP ərazi partiya təşkilatlarının fəalları iştirak ediblər.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova çıxış etmişdir.
Hafizə İmanova çıxışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində örnək lider və tarix yazan şəxsiyyətlər olaraq iz qoyduqlarını vurğulamışdır. O, qeyd edib ki, Cənab İlham Əliyevin yüksək intellekti, zəkası, dünyaya örnək liderliyi, Ulu Öndərdən miras aldığı uğurlu strategiyası və Azərbaycan xalqını dəmir yumruq ətrafında birləşdirərək miras aldığı azərbaycançılıq ideologiyasını uğurla davam etdirib, Müzəffər Ali Baş Komandanlığı bütün Azərbaycan gənclərinə örnək nümunədir. Hafizə İmanova bildirib ki, cənab İlham Əliyevin COP29 kimi tədbirin Azərbaycana gətirilməsində göstərdiyi yüksək təşəbbüsü və beynəlxalq əməkdaşlığı gücləndirərək Azərbaycana iqlim sahəsində böyük investisiyaların cəlb etməsi Hafizə İmanova “Prezident İlham Əliyevin gənclərə müasir çağırışlara cavab verən örnək liderlik nümunəsi” mövzusunda çıxış edibAzərbaycanı dayanıqlı inkişaf hədəfləri istiqamətində inkişaf etdirməsinin bariz göstəricisidir. İlham Əliyevin dayanıqlı inkişaf hədəfləri, xüsusən iqlim dəyişmələri ilə mübarizə çərçivəsində verdiyi sərəncam və fərmanlar, 2024-cü ili Yaşıl Dünya naminə həmrəylik ili elan etməsi məhz onun uzaqgörənliyinin, müasir qlobal çağırışlara olan diqqətinə örnəkdir. Eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızda tətbiq olunan Ağıllı kənd və Ağıllı şəhər layihələrinin, Qarabağın Yaşıl Zonaya çevrilməsi istiqamətində ölkə prezidentinin qayğı və diqqətini qeyd edərək, İlham Əliyevin hər zaman öz çıxışlarında gənclərə xüsusi diqqət ayıraraq onları təhsilli, yüksək intellektli, elmli olmağa çağıraraq Azərbaycanın inkişafının məhz elm və təhsildən keçdiyini vurğuladığını qeyd etmişdir. Sonda Hafizə İmanova tədbir iştirakçılarını İlham Əliyevin 21 illik fəalliyyəti münasibətilə təbrik edərək, çiçəklənən Azərbaycanın şahidi olduğumuz üçün qürur hisləri yaşadığını qeyd etmişdir.