17.10.2024, 10:21 - Baxış sayı: 65

Dosent Günel Məlikli BDU-nun tələbələrinə Prezident İlham Əliyevin misilsiz fəaliyyəti ilə bağlı mühazirə deyib


Dosent Günel Məlikli BDU-nun tələbələrinə Prezident İlham Əliyevin misilsiz fəaliyyəti ilə bağlı mühazirə deyib

Gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin tələbələrinə “2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycan Prezidenti seçilməklə ölkəmizin inkişafında yeni bir mərhələnin təməlin qoydu” mövzusunda mühazirə deyib. Çıxışında Ulu öndər Heydər Əliyevin strategiyası və qoyulan məqsədlərə çatması yolu siyasi liderliyin nadir nümunəsi olduğunu, Ulu öndərin psixoloji portretinin təhlilinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Mühazirədə gənc alim, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü, dövlət suverenliyi tam təmin olunduğunu torpaqlarımız təxminən 30 illik işğaldan azad edildidiyini qeyd edib. G.Məlikli 2020-ci ilin 44 günlük Vətən müharibəsində, ardınca 2023-cü ildə həyata keçirilən qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə əsrlərin problemi yoluna qoyulduğunu, və son 5 əsrdə dövlətçilik tariximizdə bundan böyük zəfərə imza atılmadığını bildirib. Bütün bunlar, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin güclü sərkərdəliyindən xəbər verir. - deyə, Günel Məlikli vurğulayıb.