18.10.2024, 11:30 - Baxış sayı: 111

18 oktyabr Müstəqilliyin bərpası gününə həsr edilmiş tədbir keçirilib

18 oktyabr Müstəqilliyin bərpası gününə həsr edilmiş tədbir keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və YAP Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyin bərpası gününə həsr edilmiş tədbir keçirilib.
Konfransı açıq elan edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə iştirakçıları salamlayaraq, onları 18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edib.
18 Oktyabr Müstəqilliyin Bərpası Gününün fəlsəfi mahiyyətinə toxunan professor bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının milli-mədəni intibahı, millətin gələcəyi naminə öz əvvəlki mövqeyini bərpa etməsi uğrunda bir çox addımlar atılıb. Torpaqlarımızın işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandan, müzəffər ordu və müzəffər xalq birliyinin məntiqi nəticəsidir.
Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev bu parlaq səhifəni yaradan, Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən yeni siyasi sistemdə yeni tarixi reallıqları yaradanlardır – deyə, İlham Məmmədzadə qeyd edib.
Daha sonra İnstitutunun YAP Ərazi Partiya Təşkilatının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov çıxış edərək bu əlamətdar gün münasibəti ilə hər kəsi təbrik edib, bu günün 18 oktyabr Müstəqilliyin bərpası gününə həsr edilmiş tədbir keçirilibAzərbaycan xalqı üçün Azərbaycan tarixində ən özəl günlərdən biri olduğunu diqqətə çatdırıb. Ş. Zeynalov bildirib ki, bu gün hər bir azərbaycanlını qürurlandıran, gələcəyə böyük inamla addımlamasına stimul verən uğurlardan, Böyük Zəfərin növbəti ildönümündən, yeni dövrün yeni hədəflərindən bəhs edirik.
Müstəqilliyimizin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmlənməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bu günkü uğurları üçün ən etibarlı təməl olmaqla yanaşı, öz müstəqilliyini əbədi və dönməz etmişdir.
Tədbirdə f.ü.f.d, dosent Faiq Ələkbərli, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, f.e.d. Füzuli Qurbanov, f.e.d., professor Adil Əsədov və digər iştirakçılar Müstəqilliyin Bərpası Günü ilə bağlı ətraflı çıxış ediblər.