Əməkdaşımız beynəlxalq simpoziumda çıxış etmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dos. Zeynəddin Şabanov Türkiyə Respublikasının Ege Universitetinin "Uluslararası Türkiyə-Rusiya ilişkiləri” mvzusunda təşkil etdiyi simpoziumda çıxış etmişdir. İnternet üzərindən beynəlxalq tədbirə qoşulan Z.Şabanov “Sosial siyasət rifah göstəricisi kimi” adlı məruzəsində ölkənin əhalinin sosial ehtiyac və tələbatlarının ödənilməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, pensiya sisteminin maliyyə dayanıqlılığı, yardım sisteminin müasirləşdirilməsi və şaxələndirilməsi üçün beynəlxalq standartlara cavab verən və sosial ədalət prinsipinə əsaslanan sosial siyasətini ətraflı təhlil etmişdir. Məruzədə sosial islahatlarının maliyyə təminatının yaxşılaşdırılması, büdcədən bu məqsədə ayrılan vəsaitin həcminin ildən ilə yüksəldilməsi, işsizliyin aradan qaldırılması, məşğulluğun artırılması sahəsində, şəhid ailələri, əlillər, müharibə veteranları, qazilər, aztəminatlı və çoxuşaqlı ailələr, kimsəsiz qocalar,valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirlilməsi üçün mütəmadi olaraq zəruri addımlar atıldığı, lazımi tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.