“Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi
![“Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi “Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi](/uploads/posts/2019-05/thumbs/1556879669_1_umumi_sekil.jpg)
![“Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi “Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi](/uploads/posts/2019-05/thumbs/1556879655_2.adll_asadov.jpg)
Şöbənin elmi işçisi Almaz Məlikova “Heydər Əliyev və kino sənəti” mövzusunda çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyev milli mədəniyyətimizi və müxtəlif sənət növlərini, təkrarolunmaz sənət əsərlərini Azərbaycan xalqının əvəzolunmaz sərvəti kimi hesab edirdi. Heydər Əliyev kino sənətini başqa sənət növləri arasında yüksək qiymətləndirirdi və eyni zamanda, Azərbaycan kinematoqrafçılar tərəfindən yaradılan və xalqımızın tarixi keçmişindən və müasir həyatından bəhs edən onlarla yüksək keyfiyyətli ekran əsərlərinin vacibliyini xüsusi olaraq vurğulayırdı. Ümummilli lider Heydər Əliyevin və dövlət başçımız İlham Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolundan geniş bəhs etdi. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün təməlini qoymuş, milli mədəniyyətimizin, xalqımızın mənəvi irsini dünya miqyasında təbliğ etməyə çalışırdı. Ulu öndərin bu münasibətinə görə Azərbaycan ədəbiyyatı, musiqisi, təsviri və xalq sənəti, kino və teatr sənəti dünya miqyasında şöhrət qazanmışdır.
![“Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi “Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi](/uploads/posts/2019-05/thumbs/1556879638_3_almaz_melkova.jpg)
Yasmina Melikova çıxışında Ümumilli liderimizin bir sıra ibrətamiz sözlərini xatırlatdı: “Teatrı çox sevirəm. Bu sevgi mənim içimdə daim yaşayacaq, bu mənim mənəvi qidamdır. Mədəniyyət bəşəriyyətin topladığı mənəvi zənginliklə bütün xalqları bir araya yığır. Sənətdə hər kəsin öz yeri var. Heç kim başqasının yerini tuta bilməz. İnsan mənəvi zənginlik üçün yaşamalıdır. Öz mənəviyyatını qoruyan şəxsiyyət əbədi yaşayacaqdır”.
Seminara “Estetika” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov yekun vurdu.
![“Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi “Estetika” şöbəsində "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda seminar keçirildi](/uploads/posts/2019-05/thumbs/1556879711_4.yasmina_melkova.jpg)