Eynulla Mədətli Konya şəhərində keçirilən V Uluslararası Mövalana simpozimunda iştirak etmişdir
![Eynulla Mədətli Konya şəhərində keçirilən V Uluslararası Mövalana simpozimunda iştirak etmişdir Eynulla Mədətli Konya şəhərində keçirilən V Uluslararası Mövalana simpozimunda iştirak etmişdir](/uploads/posts/2019-05/thumbs/1557142246_7eab9b95-f6ea-49cc-9bc8-21b16c0a9e75-1.jpg)
Konfransı giriş söz ilə açan Səlcuq Universitetinin prorektoru prof. dr. Hüseyin Kara konfrans iştirakçılarını salamladıqdan sonra, simpoziumda iştirak edən qonaqlara minnətdarlığını bildirdi. Mövlananın ailəsinin Anadolouya gəlmə tarixinə və dövrün şərtlərinə qısaca nəzər salan H.Kara həmçinin bu konfransı ərsəyə gətirən əlaqədar təşkilatlara da minnətdarlığını bildirdi.
Qeyd edək ki, dünyanın dörd bir yanından simpoziuma toplaşan alimlər arasında ölkəmizi AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli təmsil edirdi. E.Mədətli “Cəlaləddin Rumi fəlsəfəsində eşqin mənşəyi və mahiyyəti” mövzusunda çıxış etmişdir. Öz çıxışında E.Mədətli eyni zamanda Hz.Mövlana irsinin Azərbaycanda sevildiyini və öyərnildiyini vurğulamışdır.
![Eynulla Mədətli Konya şəhərində keçirilən V Uluslararası Mövalana simpozimunda iştirak etmişdir Eynulla Mədətli Konya şəhərində keçirilən V Uluslararası Mövalana simpozimunda iştirak etmişdir](/uploads/posts/2019-05/1557142232_mg_4294.jpg)
![Eynulla Mədətli Konya şəhərində keçirilən V Uluslararası Mövalana simpozimunda iştirak etmişdir Eynulla Mədətli Konya şəhərində keçirilən V Uluslararası Mövalana simpozimunda iştirak etmişdir](/uploads/posts/2019-05/thumbs/1557142186_f4dfabe0-6b55-406e-8480-8a02b5bdcf07.jpg)
![Eynulla Mədətli Konya şəhərində keçirilən V Uluslararası Mövalana simpozimunda iştirak etmişdir Eynulla Mədətli Konya şəhərində keçirilən V Uluslararası Mövalana simpozimunda iştirak etmişdir](/uploads/posts/2019-05/1557142164_mg_4260.jpg)