Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Davud Həşimov Beynəlxalq elmi konfransda iştirak edib
07 may 2019-cu ildə Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilmişdir. AMEA Fəlsəfə İnstitutu “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi s.e.f.d., dos. Davud Həşimov konfransda “Azərbaycan və beynəlxalq münasibətlərdə ikili standartlar” mövzusunda məqalə ilə çıxış etmişdir. D.Həşimovun təqdim etdiyi elmi məqalə auditoriyanın geniş marağına səbəb olmuşdur. O, burada dünyada baş verən son hadisələri işıqlandırmış, bəzi Qərb dövlətlərinin yürütdüyü ikili standartlar siyasətinin mahiyyətini açıqlamış, Azərbaycanın da ikili standartlar siyasətinin obyekti olduğunu vurğulamış, ölkə rəhbərliyinin dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi və təmin edilməsi istiqamətində apardığı çoxşaxəli fəaliyyətini qeyd etmişdir.
Geniş marağa səbəb olan elmi məqalə ətrafında müzakirələr aparılmış, auditoriyanın çoxsaylı sualları cavablandırılmışdır. D. Həşimovun elmi məqaləsi mühüm aktuallıq və əhəmiyyət kəsb etdiyindən sertifikatla təltif edilmişdir.