İlham Məmmədzadə MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XIV Forumunda iştirak etmişdir
![İlham Məmmədzadə MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XIV Forumunda iştirak etmişdir İlham Məmmədzadə MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XIV Forumunda iştirak etmişdir](/uploads/posts/2019-05/thumbs/1558427248_foto.jpg)
Forumda MDB ölkələrindən 200-ə yaxın nümayəndə, o cümlədən görkəmli ictimai xadimlər, incəsənət ustaları, alimlər, mədəniyyət müəssisələrinin, elm və təhsil mərkəzlərinin rəhbərləri, media nümayəndələri iştirak etmişdir.
XIV Forumda Azərbaycanın görkəmli alimlərindən, mədəniyyət işçilərindən, mətbuat nümayəndələrindən və qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyətinin tərkibində AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə də iştirak etmişdir. Forumun spikeri qismində iştirak edən İ.Məmmədzadə “Yeni ipək yolu və mədəni-tarixi ideologemlər” mövzusunda məruzə ilə çıxış etmişdir.
![İlham Məmmədzadə MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XIV Forumunda iştirak etmişdir İlham Məmmədzadə MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XIV Forumunda iştirak etmişdir](/uploads/posts/2019-05/thumbs/1558427147_68958f3f-6b77-4ae9-a6dd-d9cbae193076.jpg)