04.06.2019, 18:23 - Baxış sayı: 1123

“Mədəniyyətlərin dialoqu və müasir dövrün çağrışları” kitabı Rusiyalı alimlərin marağına səbəb olub


“Mədəniyyətlərin dialoqu və müasir dövrün çağrışları” kitabı Rusiyalı alimlərin marağına səbəb olubBu günlərdə Rusiya Federasiyası Hökuməti nəzdində Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyası prezidentinin müavini, akademik Taliya Xabriyeva, həmin institutunun direktor müavini Yuliya Kaşevarova və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Asiya Belyalova və Rusiyanın Hüquqi Tədqiqatlar ElmiTədqiqat, Regional İnteqrasiya İnstitutunun direktoru, Rusiya Federasiyasının əməkdar hüququşünası, professor Rəşad Qurbanov və AMEA-nın akademik katibi, akademik Nərgiz Axundova AMEA Fəlsəfə İnstitutunun qonağı olmuşlar.
“Mədəniyyətlərin dialoqu və müasir dövrün çağrışları” kitabı Rusiyalı alimlərin marağına səbəb olubGörüşdə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qonaqları salamlayaraq onları Fəlsəfə İnstitutunda görməkdən məmnun olduğunu ifadə edərək, institutun fəaliyyəti və gördüyü işlər haqqında ətraflı məlumat verdi.
Qonaqlar Heydər Əliyevin xatirəsinə həsr edilmiş Bakı forumunun materialları əsasında nəşr olunmuş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağrışları” kitabı ilə maraqlanlıblar. İlham Məmmədzadə qonaqların marağına səbəb olan həmin kitabı onlara hədiyyə edib.
Qeyd edək ki, görüş zamanı hər iki qurum arasında birgə əməkdaşlıq barədə razılığa gəlindi.
Akademik Taliya Xabriyeva qonaqpərvəliyə görə institut rəhbərliyinə öz təşəkkür edərək birgə elmi əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını qeyd edib. Hədiyyə edilən kitab üçün isə ayrıca minnətdarlığını bildirib.
“Mədəniyyətlərin dialoqu və müasir dövrün çağrışları” kitabı Rusiyalı alimlərin marağına səbəb olub
“Mədəniyyətlərin dialoqu və müasir dövrün çağrışları” kitabı Rusiyalı alimlərin marağına səbəb olub