14.06.2019, 13:12 - Baxış sayı: 810

Fəlsəfə İnstitutunda “Milli Qurtuluş günü - Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı” adlı tədbir keçirildi

Fəlsəfə İnstitutunda “Milli Qurtuluş günü - Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı” adlı tədbir keçirildi
14 iyun 2019-cu il tarixində AMEA Fəlsəfə İnstitutunda "Milli Qurtuluş günü"nə həsr olunmuş “Milli Qurtuluş günü - Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Fəlsəfə İnstitunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə 1993-cü ilin iyununda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyevin qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını aldığını qeyd etdi.
İ.Məmmədzadə həmçinin ulu öndər Heydər Əliyevin çağdaş tariximizə müstəqil dövlətimizin xilaskarı kimi şanlı səhifə yazdığını və milli inkişaf modelinin banisi olan dahi şəxsiyyətin Azərbaycanın milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə xalqın, millətin varlığının təcəssümü kimi həmişə böyük diqqət və qayğı göstərdiyini vurğuladı.
Fəlsəfə İnstitutunda “Milli Qurtuluş günü - Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı” adlı tədbir keçirildiTədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu günün mahiyyətini, o dövrdə baş verənləri gənc nəslə aşılamağın vacib olduğunu qeyd etdi. “Qoy gənc nəsillər bu günün əhəmiyyətini öyrənib bilsinlər ki, həmin gün Azərbaycan dövlətinin və dövlətçiliyinin qurtuluş günüdür. Bu günün əhəmiyyəti bizim üçün çox böyükdür və biz bunu yetişməkdə olan gənc nəslə çatdırmalıyıq” - deyə bildirdi.
Sonra fəlsəfə elmləri doktoru Afaq Rüstəmovanın “15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Bayraq, dövlət və vətəndaş: Dövlət quruculuğunun 3 elementi haqqında”, fəlsəfə üzrə fəlsəfə doktoru Şöhlət Zeynalovun “15 iyun tarixin fəlsəfi dərki kontekstində”, fəlslsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılovun “Dövlət və şəxsiyyət: Heydər Əliyev fenomeni” adlı məruzələri dinlənildi.
Digər çıxış edənlər, ulu öndərin qayıdışının Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, onun yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, hüquqi, demokratik və dünyəvi dövlətin yarandığını bildirdilər.