Qabil Camalov “Sülh şəraitində birgəyaşayışın təmin olunmasında İslam təlimlərinin imkanları” adlı beynəlxalq elmi konfransda iştirak etmişdir
24-28 iyun 2019-cu il tarixlərində İran İslam Resppublikasının Tehran Universitetinin İlahiyyat və İslam Maarifi İnstitutunda “Sülh şəraitində birgəyaşayışın təmin olunmasında İslam təlimlərinin imkanları” adlı beynəlxalq elmi konfrans keçirilib. Dünyanın 50-dən çox ölkəsinin, o cümlədən Rusiya Federasiyasının alimlərinin iştriak etdiyi konfransda AMEA Fəlsəfə İnstitunun direktor müavini – iranşünas Qabil Camalov iştirak etmişdir. Q.Camalov “Azərbaycan mültikulturalizminin formalaşmasında İslam dininin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Məruzəsində insanların birgəyaşayış haqqında Quran ayələrinə istinad edərək Azərbaycan Respublikasında dini və mədəniyyət zəmində heç bir qarşıdurma olmadığını göstərmişdir. O, Azərbaycanda 644 dini icmanın, o cümlədən 24 qeyri-islam icmasının olduğunu gösətərərək dinlər və konfensiyalararasında olan bütün dini icmalar arasında dinc yanaşı yaşamasını göstərərək Azərbaycan multikulturazlizminin dövlət siyasəti olduğunu qeyd etmişdir.