22.10.2019, 14:22 - Baxış sayı: 691

Fəlsəfə İnstitutunun direktoru XII Beynəlxalq Fənlərarası Elmi və Praktik “Refleksiv proseslər və idarəetmə” simpoziumunda iştirak edib


Fəlsəfə İnstitutunun direktoru XII Beynəlxalq Fənlərarası Elmi və Praktik “Refleksiv proseslər və idarəetmə” simpoziumunda iştirak edibAMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Rusiyanın paytaxtı Moskva şəhərində 17-18 oktyabr tarixlərində Rusiya Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə keçirilən XII Beynəlxalq Fənlərarası Elmi və Praktik “Refleksiv proseslər və idarəetmə” simpoziumunda iştirak edib. Dünyanın müxtəlif ölkələrinin alimlərinin iştirak etdiyi simpoziumda İlham Məmmədzadə “Mədəniyyətin dərki və gələcək” adlı məruzə ilə çıxış edib.
İlham Məmmədzadə məruzəsində mədəniyyət sahəsində baş verən prosesləri yaxından izləməyin vacib olduğunu qeyd edib. Həmçinin mədəniyyətin tarixi baxımdan da əhəmiyyət kəsb etdiyini deyən professor bunun mədəniyyət üçün vacib amillərdən biri olduğunu bildirdi.
“Bütün bunların içərisində eyni zamanda mədəniyyətə fəlsəfi baxış da mütləqdir. Çünki mədəniyyət o qədər geniş bir anlayışdır ki, ona tarixi, fəlsəfi baxışla yanaşı beynəlxalq aspektdə də diqqət yetirmək lazımdır” deyə İlham Məmmədzadə bildirib.
Onu da qeyd edək ki, Moskva səfəri zamanı İlham Məmmədzadə Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutunun direktoru akademik Andrey Vadimoviç Smirnovla görüşmüşdür. Görüş zamanı REA Fəlsəfə İnstitutu ilə AMEA Fəlsəfə İnstitutu arasında birgə elmi konfransların keçirilməsi ilə bağı razılığa gəlinib. İlk olaraq gələn il Xəzər dənizinə həsr olunmuş elmi konfransın keçirilməsi nəzərdə tutulub.