06.11.2019, 15:09 - Baxış sayı: 1199

Fəlsəfə İnstitutunda “Əhməd bəy Ağaoğlu Azərbaycan fəlsəfi fikir tarixində: çağdaş dövrümüzdən baxış” mövzusunda elmi konfrans keçirilib

Fəlsəfə İnstitutunda “Əhməd bəy Ağaoğlu Azərbaycan fəlsəfi fikir tarixində: çağdaş dövrümüzdən baxış” mövzusunda elmi konfrans keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda Azərbaycan fikrinin görkəmli alimi Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş “Əhməd bəy Ağaoğlu Azərbaycan fəlsəfi fikir tarixində: çağdaş dövrümüzdən baxış” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbiri Fəlsəfə İntitutunun direktoru, f.e.d.,professor İlham Məmmədzadə çıxış edərək mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından geniş danışdı. Ə.Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanındığını söylədi.
Çıxış edən akademik Nərgiz Axundova Əhməd bəy Ağaoğlunun böyük ideoloq olmasını qeyd edərək Ə.Ağaoğlunun həm Türkiyədə, həm də Azərbaycanda Cümhuriyyət dövründə geniş fəaliyyətinə nəzər saldı.
Həmçinin akademik çıxışında Əhməd bəy Ağaoğlunun türk xalqlarının milli azadlıq hərəkatında və mədəni yüksəlişində misilsiz xidmətləri olduğunu xüsusi vurğulayaraq, onun yazdığı əsərlərinin bu gün də aktual olduğunu söyləyib.
Sonra Fəlsəfə İnstitunun şöbə müdiri, f.e.d Arzu Hacıyeva Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığına diqqət çəkərək onun həm elmi sahədə, həm də milli mübarizə yolunda apardığı mücadilələrdən, Türkiyə Böyük Millət Məclisinə deputat seçilməsindən, Türkiyə Cümhuriyyətinin prezidenti Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi kimi fəaliyyətindən və s məsələlərdən danışaraq konfrans iştirakçılarına ətraflı məlumat verdi.
Sonra Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor mavini, tarix elmləri doktoru Eynulla Mədətli, f.ü.f.d. Faiq Ələkbərli, f.ü.f..d., dos. Rəşad Əsgərov, f.ü.f.d. Yasəmən Mahmudova, f.e.d. Əlikram Tağıyev, f.e.d. Adil Əsədov, f.e.d., prof., Rəfael Əhmədli, f.e.d., Rəfiqə Əzimova mövzu ətrafında çıxış edərək fikirlərini bölüşdülər.