DİREKTOR


İlham Məmmədzadə
İLHAM RAMİZ OĞLU MƏMMƏDZADƏ

İlham Ramiz oğlu Məmmədzadə 1975-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.
1980-ci ildə Moskva şəhərində fəlsəfə doktoru, 1990-cı ildə isə fəlsəfə üzrə elmlər doktoru dissertasiyaları müdafiə etmişdir.
İ.R.Məmmədzadə 300-dən çox elmi əsərin müəllifidir, o cümlədən 17 kitab və monoqrafiyaların. Bu əsərlərin içərisində «Siyasət və əxlaq» (1988), «Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi» (1995), «Etikaya giriş» (2004), «Bir daha fəlsəfə haqqında» (2012), «Модерн, просветительские идеи Гасанбека Зардаби и философия просвещения» (2015) “Mədəniyyətlərin qarşılırlı təsirinin fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” (2017), “Философия о современности, истории культуре (О контурах историко-культурной эпистемологии) (2020) adlı monoqrafiyaları ən çox istinad edilən əsərləridir. Onun fəlsəfə tarixi, etika və siyasətşünaslıq problemlərinə həsr olunmuş məqalələri ölkədə və xaricdə yüksək reytinqli jurnallarda çap olunmuşdur.
O, bir çox kitabların, monoqrafiyaların, məqalələrin elmi redaktoru və rəyçisidir. Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin «Гуманитарные науки», «Вопросы философии» və REA Fəlsəfə İnstitutunun «Fəlsəfi jurnalın» jurnallarının beynəlxalq redaksiya heyətinin üzvüdür.
İ.R.Məmmədzadənin əsərləri və tərcümeyi halı XIX-XX yüzillikdə Rusiya filosofları ensiklopediyasına salınmışdır (М.изд-во «Академический проект», 2002, под.ред. П.В.Алексеева). Onun N.Makiavellinin fəlsəfəsi və etikası haqqında əsərləri annotasiyaları ilə birlikdə «Максима Макиавелли» adlı N.Makiavelliyə həsr olunmuş Rusiya-İtaliya ensiklopediyasına salınmışdır. XXI əsr Rusiyası üçün dərslər, məqalələr, mühakimələr Biblioqrafiya (М.изд-во «Рудомино» 2001, под.ред. Петра Баренбойма).
Yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində də İ.R.Məmmədzadənin xidmətləri danılmazdır. O, uzun illərdir ki, Qərb Universitetinin professorudur. İ.R.Məmmədzadənin elmi rəhbərliyi altında onlarla gənc alim fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə etmişdir (4 elmlər doktoru və 15 fəlsəfə doktoru).
İ.R.Məmmədzadənin elmi və ictimai xidmətləri diqqətdən kənar qalmamışdır. O, 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Respublikada elmin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla, elə həmin ildə də Azərbaycanda hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən «Fəxri Fərman»la, Bakı Dövlət Universitetinin 100 illiyində (1919-2019) Azərbaycan Respublikası yubileyi medalı ilə təltif edilmişdir (05.02.2020).