ÜMUMİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİNİ
Ümumi işlər üzrə direktor müavini
QABİL CAMALOV
QABİL CAMALOV
Camalov Qabil Xurşud oğlu 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində şərqşünas-iranşünas ixtisası üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra müxtəlif vəzifələrdə çalışmışdır.
1980-cı ildən Q.Camalov əmək fəaliyyətini AMEA-da davam etdirmişdir. Hal-hazırda o, Fəlsəfə və Sosiologiya İnstitutunun baş meneceridir.
Qabil Camalov 70 məqalənin müəllifi, 3 monoqrafiyanın isə həmmüəllifidir.
1.“Ислам в общественно-политической жизни стран Ближнего и Среднего Востока”, Баку “Элм”. 1989-г.
2. “Аzərbaycanda dini missionerlik siyasəti”, Bakı. “Elm”, 2000-ci il.
3. “Nəsirəddin Tusi: həyat və yaradıcılığı”, Bakı. “Elm”. 2001-ci il.
Onun “XIX əsr Çar Rusiyasında farsdilli əlyazmalar” (fars dilində) və “Azərbaycan xnlıqlarının Çar Rusiyası tərəfindən işğal olunmasında İranın ikili xarici siyasəti” (türk dilində) və sair məqalələri İran İslam Respublikasında və Türkiyədə nəşr olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.