İDRAK NƏZƏRİYYƏSİ VƏ MƏNTİQ


Şöbə müdiri fəlsəfə elmləri doktoru Qurbanov Füzuli Məhəmməd oğlu

    Şöbə 1974-cü ildə yaradılıb. Əvvəlcə, adı “Dialektik materializm və təbiətşünaslığın fəlsəfi məsələləri” olub. Sonra elmin metodologiyası ilə bağlı ad qoyulub. Son bir neçə ildə “İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” adı altında fəaliyyət göstərib. Hazırda “İdrak nəzəriyyəsi” şöbəsi adlanır.
    Əsas elmi fəaliyyət istiqamətləri idrak nəzəriyyələri və elmin fəlsəfəsinin aktual problemləri ilə bağlıdır. Müasir mərhələdə idrak nəzəriyyələrinin fəlsəfi analizi şöbənin əsas tədqiqat istiqamətidir. Bununla yanaşı, müasir elmi istiqamətlər, onların nəzəri-tətbiqi özəlliklərinin fəlsəfi analizi, elm və texnikanın fəlsəfi problemləri, fənlərarası yanaşmanın metodoloji xüsusiyyətləri şöbədə araşdırılır.
    Şöbədə 11 əməkdaş çalışır, onlardan 2-i elmlər doktoru, 5-i isə fəlsəfə doktorudur.