Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları şəhid Murad Nağıyevin ailəsində olublar
Görüşdə YAP Yasamal rayon Təşkilatının Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Həmkarlar Təşkilatının sədri Asya Əhmədova və f.ü.f.d. Şölət Zeynalov iştirak edib.
Görüş zamanı tank komandiri, gənc yaşında çoxlu uğurlara imza atmış şəhid leytenant Murad Nağıyevin ailəsi ilə görüşüb, onun keçdiyi həyat yolunun örnək olan məqamları ilə yaxından tanış olublar.

