f.ü.f.d. Məhəmməd Cəbrayılov “Oxuyaq, öyrənək, öyrədək” adlı tədbirdə çıxış edib
Tədbirdə digər ziyalılarla yanaşı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı f.ü.f.d. Məhəmməd Cəbrayılov elm, mütaliə barəsində alimlərdən, ictimai və mədəniyyət xadimlərindən sitatlar səsləndirib. Azərbaycanda XX əsrin əvvəllərindəki maarifçilik hərəkatından söz açan M.Cəbrayılov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından danışıb. O, tələbələrə müracət edərək nəyi, necə oxumağı müəyyənləşdirməyin əhəmiyyətini vurğulayıb.

