Professor Adil Əsədovun “Varlığın fəlsəfəsi” əsərinin birinci cildi çapdan çıxmışdır
Fəlsəfə elmləri doktoru, professor Adil Əsədovun Varlığın fəlsəfəsi əsəri onun spiritualist aristokratizm adlı beş bölümdən ibarət fəlsəfi sisteminin ikinci bölümüdür. Müəllif burada varlıq kateroriyasını mahiyyət və təzahür arasında əlaqələndirici həlqə kimi səciyyələndirir, onun tarixi forma və inkişaf xüsusiyyətlərini fəlsəfi təhlilə məruz qoyur. Varlığın fəlsəfəsi özlüyündə üç hissədən ibarət tərtib olunmuşdur. Hazırkı nəşr əsərin birinci hissəsini öz məzmununda ehtiva edir. Bu hissə müəllifin Varlıq fəlsəfəsinə tatixifəlsəfi giriş məzmunundadır və öz strukturu etibarilə Nizami Gəncəvi üslubunda fəlsəfi dialoq formatında qurulmuşdur. Əsər fəlsəfi elmlər üzrə mütəxəssislər, ali məktəb tələbələri, həmçinin fəlsəfi mövzularla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Kitabın elektron variantı ilə buradan tanış olmaq olar.

