05.10.2026, 11:45 - Baxış sayı: 6

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı konseptual çıxışı Azərbaycanın növbəti illərdəki inkişaf və təhlükəsizlik modelini ortaya qoydu


AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial Psixologiya şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı konseptual çıxışı Azərbaycanın növbəti illərdəki inkişaf və təhlükəsizlik modelini ortaya qoydu” adlı məqaləsində Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ulu öndər Heydər Əliyevin müəyyənləſsirdiyi dövlətçilik xəttinə, milli maraqlara və müstəqilliyin qorunması prinsiplərinə tam sadiqlik nümayiş etdirdiyini bildirmiş, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk tədbir kimi Prezident İlham Əliyevin siyasi strategiyasında suveren dövrün yeni inkişaf və təhlükəsizlik mərhələsini müəyyənləşdirir olduğunu qeyd etmişdir. Dosent yazısında

 Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2 oktyabr 2026-cı il tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra baş tutan ilk qurultay kimi tarixə düşmüş olduğunu əks etdirib. Dövlət başçısının bu qurultaydakı proqram xarakterli çıxışı Azərbaycanın suverenlikdən sonra gələn yeni mərhələ üzrə dövlət strategiyasını və güc formulunu müəyyən etmişdir. YAP-ın VIII Qurultayı həm partiyanın Cənubi Qafqazın aparıcı siyasi qüvvəsi olduğunu bir daha nümayiş etdirmiş, həm də İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti onilliklər üçün inkişaf və təhlükəsizlik xəritəsini cızmışdır. Mən də Yeni Azərbaycan Partiyasının 19 illik fəal üzvü olaraq bildirmək istəyirəm ki, YAP yalnız dünənin və bu günün deyil, həm də gənclərin intellektual inkişafına əsaslanan parlaq gələcəyin partiyasıdır!-deyə Məlikli G. vurğulayıb.

science.gov.az