09.10.2026, 13:42 - Baxış sayı: 21

Dahi şəxsiyyət Aida xanım İmanquliyevanın elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Dahi şəxsiyyət Aida xanımın elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir” adlı məqaləsində professor Aida xanımın istedadı, xeyirxahlığı, nəcibliyi, mərdliyi, sadəliyi, Vətənə sədaqəti, insanlara sevgisi haqqında yazmış, Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlərin məhz Aida xanımda ən yüksək təcəssümünü tapdığını bildirmişdi.


 
Professor Aida İmanquliyeva Azərbaycan ərəbşünaslıq elminin banilərindən biri, Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru və böyük elmi irs qoyub getmiş olduğunu bəhs etmişdir.

Dosent Aida xanımın psixoloji və mənəvi xüsusiyyətlərini yazısında əks etdirib. Alim Aida xanımı yaxından tanıyanların xatirələrində o, xüsusi mənəvi səxavəti və həssaslığı ilə seçildiyini, tələbələrinə həm də həssas, qayğıkeş və ana kimi dogma bir insan olduğunu bildirib. Aida İmanquliyevanın psixoloji portreti onun elmi irsi, idarəçilik fəaliyyəti və onu yaxından tanıyanların xatirələri əsasında formalaşır. Onun daxili dünyası yüksək intellektualizm, humanizm, mənəvi zəriflik və dəmir iradənin harmonik vəhdətindən ibarətdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva isə Aida xanım haqqında belə yazır: “Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin, İslam aləmində yayılmasına nail olmuşdur. Bütün bu sahələrdə Aida xanımın elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir”. –deyə G. Məlikli vurğulayıb.

science.gov.az