23.10.2026, 16:34 - Baxış sayı: 103

Fəlsəfə və Sosiologiya İnstitutu XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub


2026-cı il oktyabrın 21-27-də Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan elmi, ədəbiyyatı və mədəniyyətinin təbliği, eləcə də beynəlxalq elmi-mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli hadisə olub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələri, o cümlədən Fəlsəfə və Sosiologiya İnstitutu da təmsil olunub.
32 ölkədən 59 xarici təşkilatın, 148 yerli nəşriyyat və təşkilatın iştirak etdiyi sərgi bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında təşkil edilib. Sərgi çərçivəsində kitab təqdimatları, elmi müzakirələr, müəlliflərlə görüşlər və müxtəlif mədəni tədbirlər keçirilib.
Sərgi Azərbaycan elminin nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılması, milli elmi irsin təbliği və beynəlxalq intellektual əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platforma kimi yadda qalıb.