Professor Sakit Hüseynov Biləsuvar və Neftçalada keçirilən seminarlarda iştirak edib
Hər iki seminarda çıxış edən AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov qloballaşma dövründə müstəqil dövlətlərdə milli kimlik mövzusunun mühüm aktuallıq kəsb etdiyini vurğulamışdır.
Həmçinin çıxışında təhsilin gənc nəslin mənəvi tərbiyəsində önəmli rol oynadığını deyən professor, eyni zamanda təhsil faktorunun milli-mənəvi dəyərlərin təbliğində də önəmli rola malik olduğunu qeyd edib.

