Professor Sakit Hüseynov Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda iştirak edib
Sonra Nəvai Dövlət Pedaqoji Universitetində “Qloballaşma dövründə özbək və başqa dillərin münasibəti: problemlər və onların həlli” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. S.Hüseynov konfransda “Türk dillərinin beyəlxalq dilçilikdə yeri və rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz məruzəsində SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış türkdilli ölkələrin latın qrafikasına keçməsini izah etmiş, bu mürəkkəb və çətin prosesin sosial-psixoloji və fəlsəfi problemlərini izah etmişdir. Konfransda S.Hüseynov 15 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının VII Sammitində bu ölkələrin sosial-iqtisadi, siyasi və elmi-mədəni əlaqələrinin genişlənməsində dil amilinin mühüm rol oynadığını geniş şərh etmişdir.

