Fəlsəfə İnstitutunun böyük elmi işçisi Türkiyədə keçirilən III Beynalxalq Simpoziumda iştirak edib
O, öz məruzəsində Azərbaycan dilini elmi-tarixi-siyasi istiqamətdə təhlil edərək dilin siyasi əhəmiyyətinin əsas ideya xəttinin təşkil etdiyini deyib. Dilin Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən rəsmi dövlət dili olaraq elan edilməsi xalqın milli taleyində ideoloji və siyasi baxımdan zəruriliyini və mühümlüyüni izah edib. Dilin təkcə ünsiyyət vasitəsitəsi deyil, eyni zamanda, dəyərlər sistemi olduğunu qeyd edən məruzəçi Azərbaycan Cümhuriyyətinin dil siyasətinin tamamilə humanist ideyalara əsaslandığını vurğulayıb.
Məruzəsi maraqla qarşılanan R.Ruşanzadə sertifikatla təltif edilib.

