
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri f.e.d, professor Sakit Hüseynov Türkmənistan Bədən Tərbiyəsi və İdman Dövlət İnstitutunun rəhbərliyi tərəfindən 9-10 oktyabr 2020-ci il tarixlərində keçirilən “Müstəqillik dövründə sağlamlıq, təhsil və idman” adlı online video-konfransda iştirak etmişdir. Sakit Hüseynov online konfransda “Bir kəmər, bir yol” layihəsi və Azərbaycan" mövzusunda məruzə etmişdir. Qeyd edək ki, məruzə məqalə şəklində konfransın materiallarında çapı olunacaq.