SİYASƏTİN FƏLSƏFƏSİ VƏ SOSİOLOGİYASI


Şöbə müdiri: fəlsəfə elmləri doktoru, professor Rəna Rza qızı Mirzəzadə

Şöbə 2003-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şöbə öncə “Politologiya” sonra “Politologiya və siyasi sosiologiya”, daha sonra “Siyasi nəzəriyyələr” adlandırılmışdı. Struktur dəyişiklikləri ilə əlaqədar olaraq şöbə 2017-ci ildən “Müasir siyasətin fəlsəfəsi” adlanırdı və yenidən institun da adının dəyişdirilməsindən sonra şöbə “Siyasətin fəlsəfəsi və sosiologiyası” adlanır. XXI əsr dünyanın yeni nizamı yeniləşən müasir Azərbaycanda siyasi tədqiqat və təhlillərin araşdırılması zərurəti, hadisə və proseslərə siyasi-fəlsəfi yanaşma və cəmiyyət həyatının problemlərinin siyasi-sosioloji, regional, beynəlxalq müstəvidə öyrənilməsi, ictimai elmdə qarşıda duran vacib məsələlərdəndir. Azərbaycan Dövlətçilik institutunda siyasi kontekstdə aparılan islahatlar və modernləşmənin elmdə də yenidən öyrənilərək təhlilinin müəyyənləşdirilməsi vacib idi. Şöbənin 2022-2025-ci illər üçün aparıcı elmi-tədqiqat işi “Siyasətin fəlsəfəsinin konsepsiyaları və sosial problemlərin sosiologiyasi” adlanır. Şöbənin 15 əməkdaşı var. Onlardan 2 baş elmi işçi, 5 aparıcı elmi işçi, 3 elmi işçi, 2 kiçik elmi işçi, 2 böyük laborantdır. Şöbə əməkdaşlarının 3-ü elmlər doktoru, 6-si isə fəlsəfə doktorudur.