SOSİAL PSİXOLOGİYA


Şöbə müdiri -

Siyasi elmlər üzrə fəlsəfə doktoru - Məlikli Günel Qurbanəli qızı

2001-ci ildə "Sosiologiya və sosial psixologiya" şöbəsi yaradılıb. Şöbənin fəaliyyət istiqaməti "Sosioloji və sosial psixoloji problemlərin tətbiqi və tədqiqi məsələləri" olmuşdur. 2003-cü ildən şöbə məcmuə və toplular nəşr etməyə başlamışdır. 2003-2004-cü illərdə "Cəmiyyət keçid dövründə" adlı məcmuələr nəşr edilmişdir. 2006-cı ildə keçid mərhələsi ilə bağlı orta sinfin formalaşması və inkişafı məsələləri tədqiq olunmuş və azərbaycan, rus dillərində çapdan çıxmışdır. Bu illər ərzində şöbə əməkdaşları tərəfindən müasir cəmiyyətdə təhsilin sosiologiyası məsələləri ilə bağlı ciddi tədqiqatlar aparılmış və ümumiləşmiş şəkildə məcmuə nəşr olunmuşdur. İnsanşünaslıq problemlərinə dair şöbə əməkdaşları bir sıra məqalələr, beynəlxalq konfranslarda çıxışlar, və bu istiqamətin nəticəsi kimi 2011-ci ildə "İnsanşünaslıq XXI əsrin elmidir" monoqrafiyası yazılmışdır. 2014-cü ildə isə şöbə əməkdaşları müasir cəmiyyətin problemlərindən çıxış edərək həyat sosiologiyası və onun sosioloji və sosial psixoloji problemləri işlənilmiş və məcmuə şəklində nəşr olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 yanvar 2017-ci il tarixli 1/16 nömrəli Qərarına əsasən AMEA-nın Fəlsəfə İnstitutunun yeni strukturuna əsasən "Sosial psixologiya" şöbəsi yaradılmışdır.
Şöbədə 9 şəxs fəaliyyət göstərir.