TÜRK XALQLARININ FƏLSƏFI FIKIR TARIXI VƏ MÜASIR FƏLSƏFƏSI
Şöbə müdiri: fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələkbərov Faiq Qəzənfər oğlu.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 9 iyul 2024-cü il № 1710 saylı qərarına əsasən Fəlsəfə və Sosiologiya İnstitutunda “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsi yaradılıb. Zəngin elmi-mədəni irsə, fəlsəfi düşüncə tarixinə malik türk xalqlarının fəlsəfi fikir tarixinin araşdırılması, xüsusilə də müasir dövrün tələbləri kontekstində öyrənilməsi türk birliyinin təməl prinsiplərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Türk dünyasının keçmişdən günümüzədək mədəni, fəlsəfi irsinin öyrənilməsi, başqa sözlə, milli və ortaq təfəkkürünün, düşüncəsinin tədqiqi vacib amillərdən biridir. Həmçinin türk xalqlarının ayrı-ayrı mütəfəkkirlərinin fəlsəfi fikirlərinin vahid şəkildə formalaşması aktuallıq kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini ortaq etnik-mədəni dəyərlərə sahib olduğumuz türk ölkələri ilə siyasi, diplomatik, iqtisadi, mədəni, elmi əlaqələrin inkişaf etdirilməsi təşkil edir.
Şöbənin əsas tədqiqat istiqamətləri: Türk xalqlarının müasir fəlsəfi fikri və əsas istiqamətləri (XX-XXI əsrin əvvəlləri); Türk xalqlarının müasir dövrdə əsas fəlsəfi problemləri; Qədim dövrdə Türk fəlsəfəsi və Türk filosofları; Dünyəvi dinlər və Türk fəlsəfəsi; Ortaq Türk fəlsəfəsi və Türk filosofları və s.
Şöbədə 5 əməkdaş çalışır, onlardan 1-i fəlsəfə elmləri doktoru, professor, 2 nəfəri fəlsəfə üzrə fəlsəfə doktoru, 1 elmi işçi, 1 laborant.