Dosent Günel Məlikli “PRESIDENT ILHAM ALIYEV AND YOUTH POLICY” adlı mövzuda Beynəlxalq konfransda çıxış edib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel MəliklininTürkiyənin Üsküdar Universiteti Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş Beynəlxalq konfransında “President İlham Aliyev and youth policy” adlı mövzuda məqaləsi təqdim olunub.
Məqalədə gənc alim Günel Məlikli Cənab Prezident İlham Əliyevin siyasi strategiyası və qoyulan məqsədlərə çatması yolu siyasi liderliyin nadir nümunəsi olduğunu söyləyib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev gənclər siyasətini bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birinə çevirmiş olduğunu bildirib. Ölkəmizdə gənclər siyasətinə, gəncliyin inkişafına çox diqqət yetirilir. Məhz bu səbəbdən Prezident İlham Əliyevin milli inkişaf strategiyasında gənclər siyasəti xüsusi yer tutur. Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş sərəncam və qanunlar ölkəmizdə elmin və təhsilin inkişafına ən əsası gənclərinə təkmilləşməsinə səbəb olur- deyə, Günel Məlikli vurğulayıb.

